Realilər tərcüməsinin əsas üsulları

1. Transliterasiya və transkripsiya. Realiyanı bildirən konkret sözün ya yazıda onun kökünün öz dilində, yaxud öz dilində şəkilçilərlə birlikdə bilavasitə istifadə olunması. 2. Yeni sözün, yaxud mürəkkəb sözün, yaxud söz birləşməsinin elementlər əsasında və morfoloji münasibətlərdə müvafiq predmetin, artıq dildə real şəkildə mövcud olanların bildirilməsi. Əsas etibarı ilə belə tərcümə təsviri, perifrastikdir. 3. Birbirinə xarici dildəki realilə yaxın olan, lakin funksiya etibarı ilə uyğun olmayan-oxşayan tərcümədir ki, o kontekstdə dəqiqləşdirilir və bəzən təxmini yaxınlıq bildirir, ifadə edir. 4. Hiponimik üsulümumiləşdirilmiş - yaxınlaşdırıcı növ anlayışını bildirən, ifadə edən tərcümə. Xarici dildəki sözlər tərcümə dilində cinsi anlayış bildirən sözlərlə verilir. Belə üsul reali adları ilə bağlı təsəvvürləri kasadlaşdırır, çünki tərcümə dilində ümumi anlayışdar konkretliyin itməsinə gətirib çıxarır
Realilər
Redaktəönü
OBASTAN VİKİ
Əsas
Əsas bünövrə, özül, bina, təməl; başlıca, ən mühüm, zəruri. Məsələn, əsas səbəb, əsas məsələ; bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut; adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Məsələn, kimyanın əsasları, nəzəri mexanikanın əsasları; qrammatikada sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi. R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sıma üsulları
Sıma üsulları (metodları) (çin. ənən. 司馬法, sadə. 司马法, pinyin: Sīmă Fă) — E.ə. IV əsrdə Tsi çarlığı dövründə yaranmış hərbi nəzəriyyə. Çinin yeddi klassik hərbi traktatlarından biri. Traktat Çin hökmdarı Tszin-qunun ordu sərkərdəsi olmuş, Sıma Jantszyuyun (çin. sadə. 司马穰苴, pinyin: Sīmǎ Rángjū) nəslinin hərbi ənənəsindən irəli gəldiyindən onun şərəfinə adlandırılmışdır. Xan sülaləsi dövründə traktat 155 fəsildən ibarət olduğu halda günümüzə cəmi onun 5 fəsli gəlib çatmışdır: İnsani əsaslar (çin.
Fotometrik analiz üsulları
Fotometrik analiz üsulları Fotometrik analiz üsullarında maddənin miqdarının təyin olunması onun işıq udmasının ölçülməsi ilə müəyyən olunur. Fotometrik analiz zamanı müxtəlif tipli reaksiyalardan istifadə edilir. Qeyri-üzvi maddələrin təyini üçün çox vaxt rəngli kompleks birləşmələrin alınması və onların işıq udması öyrənilir. Əksər metal və qeyri metallar kompleksəmələgətirməyə meylli olur və ya rəngli komplekslərlə birləşməyə meylli olurlar. Ona görə də elementlərin fotometrik üsullarla təyin üçün geniş tətbiq imkanları olur. Hal-hazırda demək olar ki, bütün elementlərin və ya onların birləşmələrinin fotometrik üsullarla təyini var. Bu zaman sadə fotometrik üsullar istifadə edilir. Üzvi maddələrin fotometrik təyini üçün sintez üsullarından istifadə olunur. Sintez üsulları ilə həm də qeyri-üzvi maddələr kompleks əmələ gətirir, məsələn sulfidlərlə və ya nitridlərlə. Fotometrik analiz zamanı geniş istifadə olunan reaksiyalardan biridə oksidləşmə - reduksiya reaksiyalarına əsaslanır.
Termiki analiz üsulları
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Təşkilatın maliyyələşdirilməsi üsulları
Təşkilat səviyyəsindəki bazar tipli iqtisadiyyatın əsasında maliyyələşmənin 5 elementli sistemi dayanır: özünümaliyyələşdirmə; bazar kapitalı mexanizmləri vasitəsilə birbaşa maliyyələşdirmə; bank kreditləşməsi; büdcə maliyyələşdirilməsi; təsərrüfat subyektlərinin qarşılıqlı maliyyələşməsi. Özünümaliyyələşdirmə — fəaliyyətin generasiya olunan gəlir hesabına maliyyələşdirilməsidir. Bu üsulun məğzi ondan ibarətdir ki, təşkilatın mülkiyyətçiləri həmişə aşağıdakılar arasında seçim edə bilərlər: hesabat ilində əldə edilmiş gəlirin istifadə və ya digər layihələrə sərmayəsi məqsədilə tam götürülməsi; gəlirin elə həmin təşkilatın fəaliyyətinə yenidən sərmayə olunması, belə ki, əldə olunmuş gəlirin belə yatırılması onlar üçün daha sərfəlidir; ilk iki variantın kombinə edilməsi; əldə edilmiş gəlirin iki yerə bölünməsi: təkrar sərmayə və dividendlər. Son variant daha geniş yayılmışdır, çünki, cari və sonraya saxlanılmış istifadənin arasında kompromiss əldə edilməsinə, maliyyə-təsərrüfat fəaliyyətinin həcminin artırılmasına imkan verir. Özünümaliyyələşdirmə– əlavə vəsait mənbələlərinin mobilizasiyasının daha əyani üsuludur, lakin uzunmüddətli planda çətin proqnozlaşdırılandır və həcmcə məhduddur. Buna görə də biznesin istənilən strateji inkişafı maliyyələşmənin əlavə mənbələrinin cəlb olunmasını nəzərdə tutur. Heç bir təşkilat özünümaliyyələşmə ilə kifayətlənmir, belə ki borc içində yaşamaq yalnız o zaman mümkündür ki, bu borc əsaslandırılmış olsun. Buna görə də təşkilat digər mənbələrdən əlavə vəsait cəlb olunmasına əl atır, bunlardan da ən əhəmiyyətlisi kapital bazarıdır. Kapital bazarında vəsaitlərin mobilizasiyasının iki əsas variantı mövcuddur: işgüzar və borc maliyyələşməsi. Borc maliyyələşməsinə diqqət yetirək: Borc maliyyələşməsi zamanı təşkilat bazara öz səhmləri ilə çıxır, yəni, səhmlərin əlavə satışından ya mülkiyyətçilərin sayının artması yolu ilə, ya da artıq mövcud olan mülkiyyətçilərə əlavə yatırım etməklə vəsait əldə edir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Əsas cəhətlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Əsas gəlir
Əsas gəlir, bəzən qeyd-şərtsiz əsas gəlir, təməl gəlir, və ya universal əsas gəlir kimi qeyd olunur — bir vasitə testi və ya iş tələbi olmadan əhalinin müəyyən hissəsinin bütün vətəndaşlarına çatdırılan dövri bir ödəmə üçün hökumət dövlət proqramı. Əsas gəlir milli, regional və ya yerli formada həyata keçirilə bilər.
Əsas kapital
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º). Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Əsas məna
Əsas məna; Bir sözün ortaya çıxmasına səbəb olan, həmin sözün zehndə meydana gətirdiyi ilkin mənasıdır. Bu mənadan əmələ gələn və sıx əlaqəli olan yeni mənalar törəmə mənalar adlanır. Əsas və köməkçi mənalar birlikdə “həqiqi mənaları” təşkil edir. Məsələn, “ayaq” sözü canlılardakı əzalardan biridir. Bu məna sözün əsas mənasıdır. Eyni söz masa ayağı üçün istifadə edildikdə, törəmə mənalardan birinə çevrilir. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlər əsas mənalarında istifadə olunmuşdur: Həkim ağrıyan gözümü diqqətlə müayinə etdi. Uşaq ağzını salfetlə sildi. Tez otağın qapısını bağladım.
Əsas qiymət
Əsas qiymət və ya baza qiyməti — satıcı ilə alıcı arasında aparılan danışıqlarda opsion əməliyyatının bağlanması zamanı təyin olunan malın qiymətidir. Baza qiymət əşyanın faktiki qiymətini müəyyən edir. Baza qiymətinə əlavə ödənişlər və endirimlər miqyası var. Bazar şəraiti dəyişdikdə, əsas qiymətlər sabit qalır, əlavə haqlar və endirimlər isə dəyişilə bilər ki, bu da qiymətlərin müvafiq artımına və ya azalmasına səbəb olur. Faktiki qiymətlərin baza qiymətlərindən kənara çıxma dərəcəsi satış şərtləri və iqtisadiyyatın vəziyyəti ilə müəyyən edilir. Planlaşdırma və statistik uçotda əsas qiymət dedikdə istehsalın dinamikasını, maya dəyərini və xalq təsərrüfatının inkişafının digər göstəricilərini xarakterizə edən indekslər hesablanarkən qəbul edilən qiymət başa düşülür. Əsas qiymətlərdən ona görə istifadə olunur ki, eyni məhsulun qiymətlərinin səviyyəsi ildən-ilə dəyişə bilər və müxtəlif illərdə milli iqtisadiyyatda maya dəyəri göstəricilərinin cari qiymətlərlə ölçülməsi və müqayisəsi onların real dəyişməsi haqqında düzgün təsəvvür yaratmır. Xarici iqtisadi fəaliyyətdə baza qiymət ümumən və ayrı-ayrı mal qrupları üzrə beynəlxalq ticarətin (ixrac və idxal) qiymət indeksinin müəyyən edilməsi üçün əsas rolunu oynayır. Beynəlxalq və xarici ticarət statistikasında, BMT-nin iqtisadi dövri nəşrlərində dərc edilmişdir. Baza qiymətinə sistematik şəkildə yenidən baxılır ki, bu da xarici ticarət dövriyyəsinin diapazonunda dəyişiklikləri nəzərə almağa imkan verir, xüsusən də baza qiymətləri vahid dəyər kimi hesablanan hazır məhsullar üçün.
Əsas sümük
Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır. Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat.
Əsas səhifə
Əsas səhifə (ing. homepage; türk. anasayfa) — hər hansı bir internet saytına girildiyində qarşımıza gələn ilk səhifə və ya web saytının başlanğıc səhifəsi mənalarına gəlir. Bu xüsusi URL-ləri ən ümumi və məşhur istifadəsində olan və bu səhifənin fayl adı ümumiyyətlə index.html-dir.
Əsas səmtlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Əsas tezis
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
Əsas instinkt
Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır. Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi. Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur. Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.
Əsas sərnişin
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Fiziki-kimyəvi analiz üsulları
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Məhlulun qatılığının ifadə üsulları
Məhlulun qatılığı - onun komponentləri arasındakı miqdarı nisbətlə xarakterizə olunur. Məhlulun qatılığının, yəni həll olan maddənin həllediciyə nisbətən miqdarının müxtəlif ifadə üsulları vardır. Məhlulda həll olan maddənin həllediciyə nisbətən miqdarı faizlə göstərilərsə belə məhlul faizli məhlul adlanır. Faizli məhlulun bir neçə xüsusi halı vardır: Çəki faizi - Bu halda qatılıq həll olan maddənin məhlulun 100 çəki hissəsindəki çəki hissələrinin sayı ilə ifadə edilir. Məsələn, xörək duzunun 10 faizli məhlulu o deməkdir ki, məhlulun hər 100q-nın 10q-ı NaCl və 90q-ı H2O-dan ibarətdir. Molekulyar faiz - Qatılıq həll olan maddənin məhlulun 100 mol hissəsindəki qram-molekul sayı ilə ifadə edilir. Atom faizi - Komponentləri elementlərdən ibarət olan bərk məhlullarda qatılığın atom faizləri ilə ifadə edilməsi daha münasibdir. Belə halda qatılıq komponentin sistemin 100q- atomundakı qram-atomlarının sayı ilə müəyyən edilir. Bu halda məhlulun qatılığı, onda həll olan maddənin qram-molekul (molların) sayı ilə ifadə edilir. Həll olan maddə miqdarının qram molekullarla ifadəsində onun ya məhlulun bir litrinə və ya həlledicinin 1kq-na olan nisbəti müəyyən edilir.
İnternetin əsas şəbəkələri
İnternetin əsas şəbəkələri – böyük və strateji cəhətdən bir-birinə bağlı kompüter şəbəkələri və İnternetin əsas ruterləri arasında əsas məlumat daşıyıcıları ilə müəyyən edilə bilər. Bu məlumat marşrutları kommersiya, hökumət, akademik və digər yüksək tutumlu şəbəkə mərkəzləri, eləcə də ölkələr, qitələr və okeanlar arasında internet trafikini mübadilə edən, İnternet mübadiləsi nöqtələri və şəbəkəyə giriş nöqtələri tərəfindən yerləşdirilir. İnternet xidmət provayderləri, ilk növbədə hesablaşmadan azad baxış prinsipi ilə idarə olunan, özəl olaraq razılaşdırılmış qarşılıqlı əlaqə müqavilələri ilə İnternet magistral trafikində iştirak edirlər. Nəticədə İnternet, onun magistral şəbəkələri mərkəzi nəzarət və ya koordinasiya vasitələrini etibarlı saymır və heç bir qlobal şəbəkə siyasətini həyata keçirmir. İnternetin davamlılığı onun əsas memarlıq xüsusiyyətlərindəndir. Xüsusən də şəbəkə elementlərində mümkün qədər az şəbəkə statusu və nəzarət funksiyalarının yerləşdirilməsi ideyasından irəli gəlir. Bunun əvəzinə məlumatların bütövlüyünü, etibarlılığını və autentifikasiyasını təmin etmək məqsədilə əməliyyatların əksəriyyətini yerinə yetirmək üçün əlaqənin son nöqtələrinin etibarlılığı fikrinə əsaslanır. Bundan əlavə, müasir şəbəkə əlaqələri yüksək dərəcədə çoxlu və mürəkkəb real vaxt marşrutlaşdırma (router) yükünü tarazlaşdırmaq və həddindən artıq yüklənmənin qarşısını almaq üçün alternativ rabitə yolları təmin edir. Tier 1 şəbəkələri kimi tanınan ən böyük provayderlər o qədər əhatəli şəbəkələrə malikdirlər ki, onlar digər provayderlərdən tranzit müqavilələri almırlar. Defolt azad zona Internet2 Mbone Şəbəkə xidməti təminatçısı Əsas DNS serverləri Paket kommutasiyası Trunking Greenstein, Shane.
Əsas paylayıcı çərçivə
Əsas paylayıcı çərçivə (ing. main distribution frame; MDF) — avadanlığın kabellərə və abonent daşıyıcı avadanlığa qoşulması üçün istifadə olunan siqnal paylayıcı çərçivə. MDF, mübadilə avadanlığının və lokal kommutasiyaların sonlarının MDF-də keçid naqilləri ilə birləşdirildiyi lokal telefon stansiyası daxilində yerləşən son nöqtədir. Telefon xətləri vasitəsilə xidmət göstərən bütün kabel-mis cütləri MDF-də dayandırılır və MDF vasitəsilə lokal mübadilə daxilində avadanlıqlara paylanır. Aralıq paylayıcı çərçivələrə (IDF) gedən kabellər MDF-də dayanır. Magistral kabellər eyni MDF-də və ya ayrıca magistral əsas paylayıcı çərçivədə (TMDF) dayana bilər. Digər paylama çərçivələri kimi, MDF də yamaq panelindən (ing. patch panel) daha ucuza və daha yüksək tutumla obyektlərin təyin edilməsində çeviklik təmin edir. Ən geniş yayılmış MDF növü hər iki tərəfdən əlçatan olan uzun polad rəfdir. Bir tərəfdən dayandırma blokları rəflərin ön hissəsində üfüqi şəkildə yerləşdirilir.
Əsas dini qruplar
Dünyanın əsas dinləri və mənəvi ənənələri az sayda əsas qruplara təsnif edilə bilər, baxmayaraq ki, bu, vahid təcrübə deyil. Bu nəzəriyyə XVIII əsrdə müxtəlif cəmiyyətlərdə sivilliyin nisbi səviyyələrini tanımaq məqsədilə başlamışdır, lakin o vaxtdan bu təcrübə bir çox müasir mədəniyyətlərdə nüfuzdan düşmüşdür.
Əsas nitq hissəsi
Əsas nitq hissələri – Müstəqil leksik mənaya malik olan, müəyyən əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirilən, suala cavab verilən, şəkilçi qəbul edən, cümlədə bu və ya digər cümlə üzvü yerində işlənən nitq hissələri. Azərbaycan dilində 6 əsas nitq hissəsi var. Azərbaycan dilində isim, sifət, say, əvəzlik, feil, zərf olmaqla altı əsas nitq hissəsi var. Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük.